Salyanda avtomobil maneəyə çırpılıb, 28 yaşlı gənc xəsarət alıb

Salyanda avtomobil maneəyə çırpılıb, 28 yaşlı gənc xəsarət alıb Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
21 May , 2019 08:23
Salyanda avtomobil maneəyə çırpılıb, 28 yaşlı gənc xəsarət alıb

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Aran bürosunun verdiyi məlumata görə, Yenikənd kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov İlkin İmran oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi