Salyanda avtomobil aşıb, ölən və yaralananlar var

Salyanda avtomobil aşıb, ölən və yaralananlar var Salyan rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.
Hadisə
5 Avqust , 2022 13:00
Salyanda avtomobil aşıb, ölən və yaralananlar var

Salyan rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçə hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi Pajero” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi