Salyan. 18 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş dəhşətli yol qəzası zamanı ölən şəxslərdən biri Bakı Dövlət Universitetinin tələbəsi olub.
"Report"un Aran bürosu xəbər verir ki, bu şəxs BDU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Masallı rayon sakini Qardaşov Asif Vaqif oğludur.
Məlumata görə, A. Qardaşovun digər qardaşı da keçən il baş vermiş yol qəzasının qurbanı olub.
Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunda mikroavtobusla qaldırıcı kranın toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si yaralanıb.