Salyanda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub

Salyanda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub Salyanda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasl baş verib.
Hadisə
18 Fevral , 2022 10:54
Salyanda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub

Salyan rayonunda yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, qəza zamanı dünyasını dəyişən Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Dadaşov Hüseyn Əlihüseyn oğludur.

Yaralılar isə Masallı sakini, 1966-cı il təvəllüdlü Səqbiyev Eynəli Məhərrəm oğlu, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Nəcəfova Validə Ziyadxan qızı, Cəlilabad sakini, 1964-cü il təvəllüdlü Qasımova Sara Nurulla qızıdır.

09.40

Salyan rayonunda baş verən yol qəzasında yaralılardan birinin şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, bu, Cəlilabad rayon sakini, 1970-ci il təvəllüdlü Abışova Ceyran Nurulla qızıdır.

Digərlərinin də şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılardan birinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qəza zamanı ölən şəxsin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

08.34

Salyanda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasl baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçə hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes Sprinter” markalı avtomobilin “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi