Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır

Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır Salyan rayonunda azyaşlı uşağı ilan sancıb.
Hadisə
26 İyun , 2022 09:17
Salyanda 4 yaşlı uşağı ilan sancıb, vəziyyəti ağırdır

Salyan rayonunda azyaşlı uşağı ilan sancıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, 2018-ci il təvəllüdlü Səlimzadə Dəniz Əlövsət qızı həyətdə oynayarkən onun topuğundan ilan sancıb. Uşaq Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ilan zəhəri əleyhinə zərdab vurulub və digər zəruri tədbirlər görülüb. Lakin vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi