Salyanda 36 yaşlı piyadanı avtomobil vurub

Salyanda 36 yaşlı piyadanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
8 may 2017 10:50
Salyanda 36 yaşlı piyadanı avtomobil vurub

Salyan. 8 may. REPORT.AZ/ Salyan rayonunda 36 yaşlı piyadanı avtomobil vurub. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan şəhərinin Xəlil Rza Ulutürk prospektinin yaxınlığında qeydə alınıb. 

Belə ki, Neftçala rayonunun Xolqaraqaşlı kəndinin sakini Samirə Səmədağa qızı Həsənova yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Rayon Mətkəzi Xəstəxanasına çatdırılb və ilk tibbi yardım aldıqdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi