Salyanda bıçaqlanan 27 yaşlı gənc dünyasını dəyişdi

Salyanda bıçaqlanan 27 yaşlı gənc dünyasını dəyişdi Salyanda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
4 Sentyabr , 2020 08:30
Salyanda bıçaqlanan 27 yaşlı gənc dünyasını dəyişdi

Bıçaqlanma hadisəsi rayonun Boranıkənd kəndində baş vermişdi.

“Report”un Aran bürosu xəbər verir ki, Boranıkənd kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, H. Hüseynov ötən gün axşam saatlarına bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi. Onun qonşusu tərəfindən bıçaqlandığı bildirilirdi.

22:32

Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Boranıkənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Hüseynov Hilal Əliyar oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

Şahidlərin dediyinə görə, H. Hüseynov qonşusu tərəfindən bıçaqlanıb. Bıçaqlanmanın səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi