Salyan. 1 oktyabr. REPORT.AZ/ Salyan rayonunun Xıdırlı kəndində "KaMAZ" markalı yük avtomobilinin altında qalaraq ölən azyaşlının adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, həyətdə velosiped sürən kənd sakini, 2008-ci il təvəllüdlü Nuran Məhəmməd oğlu Məlikov “KaMAZ” markalı yük maşınının altında qalaraq ağır bədən xəsarətləri alıb. Yaralı uşaq xəstəxanaya çatdırlsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalar davam etdirilir.
***8:21
Salyan. 1 oktyabr. REPORT.AZ/ Salyan rayonunda azyaşlı uşaq yük maşınının altında qalaraq dünyasını dəyişib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.
Yaralı uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, xəstənin vəziyyəti ağır olduğundan həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb: "Avtoqəza nəticəsində xəsarət alan azyaşlıya xəstəxanın həkimləri tərəfindən bütün lazımi tibbi yardımlar göstərilib. Lakin vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb".
Faktla bağlı araşdırmalara başlanılıb.