Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb Salyan rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Hadisə
6 Sentyabr , 2019 13:51
Salyan sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Salyan rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə "Report"un Aran bürosuna DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Marışlı kənd sakini 37 yaşlı Daşqın Əliyev saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən ona məxsus pay torpağına baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi