İtkin düşdüyü bildirilən şəxsin polis tərəfindən saxlanıldığı məlum olub
- 22 fevral, 2022
- 13:44
Vətən müharibəsi qazisi Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir. K.Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb.
Bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib.
Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb.
Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib.
17:05
Salyan rayon sakini itkin düşüb.
"Report"un Muğan bürosu xəbər verir ki, rayonun Qaraçala qəsəbə sakini, 28 yaşlı Kamran Rövşən oğlu Dadaşzadə fevralın 15-da "Nissan-Maxima" markalı minik maşını ilə evdən çıxaraq, bir daha geri qayıtmayıb.
İlkin məlumata görə, o, Bakı istiqamətinə gedib.
Məlumat üçün bildirək ki, K.Dadaşzadə Vətən müharibəsi qazisidir.
K.Dadaşzadənin ailəsi onu görənlərdən və yerini bilənlərdən xahiş edir ki, Salyan Rayon Polis Şöbəsinə məlumat versinlər.