Sabunçuda 37 yaşlı kişini bıçaqlayaraq yaşıllıq ərazisinə atıblar

Sabunçuda 37 yaşlı kişini bıçaqlayaraq yaşıllıq ərazisinə atıblar Bakıda bıçaqlanma hadisəsi olub.
Hadisə
4 Oktyabr , 2019 02:19
Sabunçuda 37 yaşlı kişini bıçaqlayaraq yaşıllıq ərazisinə atıblar

Bakıda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 37 yaşlı Quliyev Kamran naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki budun çoxsaylı deşilmiş yaraları diaqnozu qoyulub və əməliyyat edilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi