Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda yanğın hadisəsi olub.
"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları 74 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.