Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün səhər saatlarında Sabunçu rayonunun Bilgəh qəsəbəsində 65-70 yaşlarında kişi meyiti tapılıb.
“Report”un xəbərinə görə, hadisə yerinə polis və prokuroluq orqanlarının əməkdaşları cəlb edilib. Meyit isə ekspertizaya göndərilib. Kişinin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Onun hansısa xəstəlik nəticəsində ölməsi və ya qətlə yetirilməsi araşdırmalardan sonra məlum olacaq.