Sabunçu rayon prokurorluğunda Balaxanıdakı qətllə bağlı cinayət işi açılıb

Sabunçu rayon prokurorluğunda Balaxanıdakı qətllə bağlı cinayət işi açılıb Sabunçu rayon prokurorluğunda Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Hadisə
15 İyun , 2024 08:47
Sabunçu rayon prokurorluğunda Balaxanıdakı qətllə bağlı cinayət işi açılıb

Sabunçu rayon prokurorluğunda Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə “Report”a Sabunçu rayon prokurorluğundan bildirilib.

“İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

“Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub”, – rayon prokurorluğu əlavə edib.

Xatırladaq ki, ötən gün şəxsi münasibətlər zəminində baş vermiş insidentdə 18 yaşlı gənc qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi