Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Müayinə zamanı həkimlər onun bədəninin müxtəlif nahiyələrində çoxsaylı bıçaq yaraları aşkar ediblər. Hadisə barədə isə Sabunçu RPİ və 12-ci polis bölməsində araşdırma başlanılıb.
İlkin məlumata görə, Anar Mirzəyev yaşadığı evin yaxınlığında hələlik məlum olmayan səbəblərdən tanımadığı şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.
Polislər həmin şəxsin axtarışlarını davam etdirir.