Şabranda maşın qadının üzərindən keçərək onu bir neçə yerə bölüb

Şabranda maşın qadının üzərindən keçərək onu bir neçə yerə bölüb Qadının baş və bədən nahiyələri bir neçə yerə parçalanıb
Hadisə
6 Noyabr , 2016 15:32
Şabranda maşın qadının üzərindən keçərək onu bir neçə yerə bölüb

Şabran. 6 noyabr. REPORT.AZ/ Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpüdə qadın meyiti aşkar edilib.

"Report"un Şimal bürosu məlumat verir ki, hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsi və Şabran Polis şöbəsinin əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, şəxsiyyəti hələlik bilinməyən qadının üzərindən maşın keçib. Nəticədə onun bədən və baş nahiyələri bir neçə yerə bölünüb. Ölən şəxsin üzərindən heç bir sənəd çıxmayıb.

Şabran polisi ölən şəxsin kimliyini və kim tərəfindən vurulduğunu araşdırır.

Son xəbərlər

Orphus sistemi