Sabirabad. 11 iyul. REPORT.AZ/ Sabirabadda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Sarıxanbəyli kəndində “VAZ-2107” markalı avtomobillə motosikletin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Salyan sakini, 37 yaşlı Vüsal Tapdıq oğlu Abdullayev Salyan Rayon Mərkəzi Xəstəxanasına (SRMX), Sarıxanbəyli kənd sakinləri - 40 yaşlı Ramin Əmrah oğlu Əliyev, 31 yaşlı Rəşad Taqət oğlu Əliyev, 40 yaşlı Tural Kamil oğlu Məmmədov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vüsal Abdullayev SRMX-nin Cərrahiyyə şöbəsində əməliyyat olunub, lakin vəziyyəti ağır olduğu üçün həkimlərin səylərinə baxmayaraq əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.