Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb - YENİLƏNİB

Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb - YENİLƏNİB Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır.
Hadisə
12 Dekabr , 2023 20:12
Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb - YENİLƏNİB

Sabirabadda ticarət obyektlərindəki yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının qarşısı alınaraq söndürülüb. İlkin məlumata əsasən, yanğın bir-birinə bitişik bir neçə müxtəlif təyinatlı obyekti əhatə edib.

Əlavə məlumat veriləcək.

19:42

Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralının 48-ci kilometrliyində, rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə yerinə Sabirabad və Saatlı yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının lokallaşdırıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi