Sabirabadda qatar vuran kişinin şəxsiyyəti məlum olub

Hadisə
  • 26 may, 2022
  • 14:14
Sabirabadda qatar vuran kişinin şəxsiyyəti məlum olub

Sabirabadda qatar vuran kişinin şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, o, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1986-cı il təvəllüdlü Abbasov Elməddin Bəyriş oğludur.

Qeyd edək ki, hadisə ötən gecə Şirvan-Astara dəmiryol xəttinin Sabirabad rayonunun Çiçəkli kənd ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində baş verib. E. Abbasov dəmir yolunu keçərkən onu qatar vurub. Salyan Mərkəzi Rayon Xəstəxanasında həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.