Yuxarı

Sabirabadda qadından hədə-qorxu ilə 5000 manat tələb edən şəxs saxlanılıb

Sabirabadda qadından ​hədə-qorxu ilə 5000 manat tələb edən şəxs saxlan

Sabirabadda qadından hədə-qorxu ilə 5000 manat tələb edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) hədə-qorxu ilə tələb etmə barədə müraciət daxil olub.

Bildirilib ki, Sabirabad şəhər sakini olan qadın müraciətində 2019-cu ilin avqust ayında Saatlı rayon sakini F.Məhərrəmovun zəng edib onun və qohumlarının şəkillərini əldə etdiyini, sosial şəbəkədə yerləşdirib barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan 3800 manat və 2000 manat dəyərində qızıl boyunbağısını aldığını, sentyabrın 18-də isə onun yaşadığı evə gələrək azyaşlı oğlunun boğazına bıçaq tutaraq polisə verdiyi şikayət ərizəsini geri götürməsini və bu məsələnin həll edilməsi üçün yenidən 5000 manat verməsini tələb etdiyini bildirib. Lakin bu zaman səs-küy yarandığından F.Məhərrəmov hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F.Məhərrəmov saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi