Sabirabadda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Sabirabadda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB Sabirabad rayonunda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub.
Hadisə
1 Avqust , 2019 20:38
Sabirabadda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Sabirabad rayonunda baş vermiş qəzada ölən şəxsin kimliyi məlum olub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Bulaqlı kəndindən keçən hissəsində "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı minik maşını toqquşub.

Qəza nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü, Sabirabad rayon, Qalağayın kənd sakini, 1959-cu il təvəllüdlü Fərzalıyev Fərzalı Salman oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


***15:53

Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Bulaqlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı 2 maşın toqquşub, xəsarət alanlardan birinin öldüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi