Sabirabadda minik və yük avtomobilləri toqquşub, ölən var - YENİLƏNİB

Sabirabadda minik və yük avtomobilləri toqquşub, ölən var - YENİLƏNİB Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Kovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə
10 Sentyabr , 2024 09:23
Sabirabadda minik və yük avtomobilləri toqquşub, ölən var - YENİLƏNİB

Sabirabadda ötən gün yük və minik avtomobilinin iştirakı ilə baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report" xəbər verir ki, rayonun Kovlar kəndi ərazisində “KİA Ceed” markalı avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan minik avtomobilin sürücüsü Səbuhi Süleymanlı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq S. Süleymanlı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

09 sentyabr saat 18:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Kovlar kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib:

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA Ceed” markalı minik avtomobili ilə “Qazel” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KİA Ceed” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".

Son xəbərlər

Orphus sistemi