Sabirabadda mağaza yanıb

Hadisə
  • 05 yanvar, 2019
  • 05:17
Sabirabadda mağaza yanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Sabirabad rayonunda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, rayonun Muğan Gəncəli kəndində ümumi sahəsi 96 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.