Sabirabadda körpü qəzalı vəziyyətə düşüb - FOTO
Hadisə
- 07 sentyabr, 2017
- 05:52
Sabirabad. 7 sentyabr. REPORT.AZ/ Sabirabad rayonunda körpünün qəzalı vəziyyətə düşməsi çətinliklər yaradıb.
“Report”un Aran bürosu xəbər verir ki, rayonun Rüstəmli kəndi ərazisindən keçən Mil-Muğan kollektoru üzərindəki körpü çöküb.
Yerli sakinlərin dediyinə görə, son bir həftədə vəziyyət daha da təhlükəli həddə çatıb. Avtomobillərin körpü üzərindən keçməsi olduqca təhlükəlidir.
Körpünün qəzalı vəziyyətə düşməsi səbəbi ilə Rüstəmli kəndi və Yeni Zəngilan qəsəbəsinin sakinləri rayon mərkəzinə kənd təsərrüfatı məhsullarının daşınmasında çətinliklərlə qarşılaşırlar. Körpünün çökmüş hissəsinə ağaclar vasitəsilə nişanlar qoyulub ki, bədbəxt hadisələr baş verməsin.
Qeyd edək ki, bu barədə aidiyyati qurumlara məlumat verilib.
Son xəbərlər
07:37
Video
Maştağada fərdi yaşayış evində partlayış olub, iki nəfər yaralanıb
Hadisə07:15
Makron Trampla Ukraynaya raket əleyhinə vasitələrin tədarükünü müzakirə edib
Digər ölkələr06:53
Foto
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salınıb
Daxili siyasət06:53
Ağdərə sakini: Doğma yurda getdiyimizi yuxuda görürdük, ancaq bu gün həqiqətən qayıdırıq
Daxili siyasət06:38
Keçmiş məcburi köçkün: Bu gün mənim üçün çox sevincli gündür
Daxili siyasət06:26
Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə06:13
Ərdoğan: Türkiyə ABŞ ilə strateji münasibətləri iqtisadi əlaqələrdən ayrı düşünə bilmir
Region05:58
Meksika və Fransa BMT Təhlükəsizlik Şurasında veto hüququnun dayandırılmasına çağırıb
Digər ölkələr05:27