Sabirabadda evdən 5700 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 30 noyabr, 2018
  • 08:40
Sabirabadda evdən 5700 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Sabirabadda evdən 5700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Həsənalı kəndindəki evlərin birindən 5700 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vasif Quliyev saxlanılıb.