Sabirabadda yol-nəqliyyat hadisəsində ölən qadının kimliyi məlum olub - YENİLƏNİB

Sabirabadda yol-nəqliyyat hadisəsində ölən qadının kimliyi məlum olub - YENİLƏNİB Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 oktyabr 2022 17:31
Sabirabadda yol-nəqliyyat hadisəsində ölən qadının kimliyi məlum olub - YENİLƏNİB

Sabirabadın Muğan prospektində baş verən yol-nəqliyyat hadisəsində ölən piyadanın kimliyi məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Qalağayın kənd sakini, 1949-cu il təvəllüdlü Əliyeva Züleyxa Qurban qızı yolu keçərkən avtomobil onu vurub.

Faktla bağlı araşdırma aparılır.

20:46

Sabirabad rayonunun Muğan prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, avtomobil yolu keçmək istəyən qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Piyadanın şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi