Sabirabadda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib

Sabirabadda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib Sabirabad. 19 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib.
Hadisə
19 Oktyabr , 2018 14:16
Sabirabadda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib
0 : 00
0 : 00

Sabirabad. 19 oktyabr. REPORT.AZ/ Sabirabad rayonunda avtomobil məktəblini vuraraq ağır xəsarət yetirib. 

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə oktyabrın 19-da günorta saatlarında rayonun Güdəcühür kəndində qeydə alınıb. 

Belə ki, “Nissan” markalı, 10 MX 218 dövlət qeydiyyatı nişanlı avtomobil yolu keçən ikinci sinif şagirdi, 2011-ci il təvəllüdlü Zeyqəm Teymur oğlu Xələfovu vurub və ağır vəziyyətdə olan yaralını Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb. Hazırda reanimasiyada olan azyaşlının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi