Sabirabad sakinini elektrik cərəyanı vurub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Surra kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Rəhimov Gəray İsak oğlu elektrik məftillərini bir-birinə bağlayarkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.
O, Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra G. Rəhimov Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.