Sabirabadda 40 yaşlı qadın intihara cəhd edib

Sabirabadda 40 yaşlı qadın intihara cəhd edib Almaz Səmədova körpüdən özünü çaya atmaq istəyib
Hadisə
20 Fevral , 2016 19:44
Sabirabadda 40 yaşlı qadın intihara cəhd edib

Bakı. 20 fevral. REPORT.AZ/ Sabirabad rayonunun Surra kəndində intihara cəhd hadisəsi baş verib.
"Report" xəbər verir ki, rayon sakini, 40 yaşlı Almaz Əlisoltan qızı Səmədova Kür çayı üzərindəki Surra körpüsündən özünü çaya atmaq istəyib.

Hadisə yerinə gələn polis əməkdaşlarının müdaxiləsindən sonra intiharın qarşısı alınıb. Qadın Sabirabad Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin ilk tibbi yardımından sonra o, Nevroloji şöbəyə yerləşdirilib.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi