Sabirabad sakininin evində 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hadisə
- 04 yanvar, 2024
- 04:44
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Son xəbərlər
04:14
Britaniyanın ABŞ-dəki keçmiş səfiri Epşteynlə əlaqələrinə görə hakim partiyadan ayrılıb
Digər ölkələr03:46
Polşada güclü şaxtalar fonunda 90-dan çox insan həlak olub
Digər ölkələr03:11
Azərbaycanla Monteneqro arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Xarici siyasət02:49
NATO ölkələrinin HDQ-si Norveç sahillərində təlimlərə başlayır
Digər ölkələr02:07
Tramp: Venesuela ABŞ-nin 53-cü ştatı ola bilər
Digər ölkələr01:44
Antalyada baş verən avtobus qəzasında ölənlərin sayı 10-a çatıb
Region01:03
Tramp BMT-nin maliyyə problemlərini həll etməyə hazır olduğunu açıqlayıb
Digər ölkələr00:40
Bakı-Quba magistralında ağır qəza olub, bacı-qardaş ölüb
Hadisə00:25