Sabirabad sakini toydan çıxdıqdan sonra itkin düşüb - YENİLƏNİB

Sabirabad sakini toydan çıxdıqdan sonra itkin düşüb - YENİLƏNİB Sabirabad rayonunda 32 yaşlı kişi toy mərasiminən çıxdıqdan sonra itkin düşüb.
Hadisə
11 Aprel , 2019 13:25
Sabirabad sakini toydan çıxdıqdan sonra itkin düşüb - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Sabirabad rayonunda 32 yaşlı kişi toy mərasiminən çıxdıqdan sonra itkin düşüb.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Sarvan Zabit oğlu ötən gün axşam saatlarında toy mərasimindən çıxaraq evə qayıtmayıb. 

Bu barədə onun yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər. Onun "Sabir" su kanalına düşərək boğulduğu ehtimal edildiyindən kanalın suyu azaldılıb və xilasedicilər tərəfindən axtarışlara başlanılıb.


*** 12:25

Sabirabad rayonunda yerli su kanalına düşərək boğulub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qalağayın kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin kəndin ərazisindən keçən "Sabir" kanalına bir nəfər kişi özünü atıb və boğulub. Hadisə yerinə xilasedicilər cəlb olunublar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi