Saatlıda yol qəzası olub, xəsarət alanlar var
Hadisə
- 29 noyabr, 2022
- 05:24
Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qazanbatan kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub.
Qəza nəticəsində Saatlı rayon sakinləri, 1995-ci il təvəllüdlü Muradov Tural İlham oğlu və 1982-ci il təvəllüdlü İsmayılov Sadiq Tahir oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
T. Muradovun vəziyyətinin ağırlığı nəzərə alınaraq, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:33
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə12:30
Məcnun Məmmədov: "Rəqəmsal transformasiyanın yeni mərhələsinə keçirik"
ASK12:30
AFFA İntizam Komitəsi 4 klubu cərimələyib
Futbol12:29
Nazir: Oxuduğunu anlamamada ciddi pedaqoji problem var, Bakı üzrə geriləmə müşahidə olunur - ƏLAVƏ OLUNUB
Elm və təhsil12:25
Nazir: "Torpaqların konsolidasiyasına dair ilkin planlama işləri həyata keçirilir"
ASK12:25
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Ekologiya12:21
"Mançester Yunayted" - "Sabah" matçı İngiltərə və Azərbaycan klublarının 12-ci dueli olacaq
Futbol12:20
Azərbaycanda fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq
Ekologiya12:19