Bakı. 13 aprel. REPORT.AZ/ Gecə saatlarında Saatlı rayonunun Nərimankənd kəndində vətəndaşa məxsus köməkçi tikilidə yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tikilidə sayı məlum olmayan ev quşu tüstüdən boğularaq tələf olub.
Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.