Saatlıda reyd keçirildi, sürücülər cərimələndi

Saatlıda reyd keçirildi, sürücülər cərimələndi Tədbirlər zamanı standartlara cavab verməyən və digər qayda pozuntularına yol verən avtomobil sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb
Hadisə
20 May , 2021 11:48
Saatlıda reyd keçirildi, sürücülər cərimələndi

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi və atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı polis əməkdaşları yol hərəkəti qaydalarını pozaraq qarşı zolaqla hərəkət edən, təhlükəsizlik kəmərindən istifadə etməyən və müvafiq sənədləri olmadan nəqliyyat vasitəsini idarə edən sürücüləri saxlayaraq, yol verdikləri qayda pozuntuları barədə məlumatlar veriblər.

Həmçinin yol polisi inspektorları tərəfindən saxlanılan avtomobillərdən ixrac olan zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Normadan artıq tullantı ixrac etdiyi müəyyən edilən avtomobil sahibləri ilə izahedici söhbətlər aparılıb və qazların ixracının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.

Tədbirlər zamanı standartlara cavab verməyən və digər qayda pozuntularına yol verən avtomobil sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi