Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıblar

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıblar Saatlı. 13 dekabr. REPORT.AZ/ Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar.
Hadisə
13 Dekabr , 2018 10:43
Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Saatlı. 13 dekabr. REPORT.AZ/ Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar. 

Bu barədə “Report”un Aran bürosuna DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Belə ki, dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. 

Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi