Saatlıda qanunsuz olaraq işlədilən trenajor zalı aşkar olunub
Hadisə
- 15 dekabr, 2020
- 07:34
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə istifadə olunan trenajor zalı aşkar olunub.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini müəyyən edib. Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.
Son xəbərlər
09:13
Premyer Liqa: Bu gün turnir cədvəlində qonşu komandalar üz-üzə gələcək
Futbol08:51
Tramp İranda vurulan F-15E təyyarəsinin ikinci pilotunun xilas edilməsini təsdiqləyib
Digər ölkələr08:45
"Axios": ABŞ hərbçiləri İranda vurulan F-15 təyyarəsinin ikinci pilotunu xilas edib
Digər ölkələr08:31
KİV: Çin şirkətləri ABŞ Ordusunu hərəkətləri haqqında məlumatları satır
Digər ölkələr08:12
İsrail Ordusu İrandan yeni raket atışı barədə məlumat yayıb
Digər ölkələr07:34
İran ABŞ və İsraili hücumları davam etdirəcəkləri təqdirdə ciddi fəsadlarla hədələyib
Region07:08
Britaniya hərbi bazası yaxınlığında İranda müharibəyə etiraz edənlər həbs olunub
Digər ölkələr06:40
DİM bu gün DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək
Elm və təhsil06:32