Saatlıda oğlunu öldürəcəyi ilə hədələyən şəxsdə odlu silah aşkarlandı

Saatlıda oğlunu öldürəcəyi ilə hədələyən şəxsdə odlu silah aşkarlandı Saatlı rayon sakinindən odlu silah götürülüb
Hadisə
9 Aprel , 2021 11:38
Saatlıda oğlunu öldürəcəyi ilə hədələyən şəxsdə odlu silah aşkarlandı

Saatlı rayon sakinindən odlu silah götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 8-də Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Mircəlal kənd sakini F.İsmayılov həmin gün sərxoş olan atası İ.İsmayılovun onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi