Saatlıda iki mərtəbəli ev yanıb

Saatlıda iki mərtəbəli ev yanıb Saatlı rayonunda yanğın olub.
Hadisə
123
18 Dekabr , 2021 09:28
Saatlıda iki mərtəbəli ev yanıb

Saatlı rayonunda yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

Kənd sakini Abıyev Çingiz Ərzulla oğluna məxsus ümumi sahəsi 187 kvadratmetr olan ikimərtəbəli yaşayış evi yanıb.

Yanğın evin dam örtüyündə başlayıb, daha sonra ikinci mərtəbəyə keçib. Ev içindəki əşyalarla birlikdə yanaraq tam yararsız hala düşüb.

Alov Ç.Abıyevin qardaşı Cavid Abıyevin də yaşadığı hissəyə keçib.

Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. İlkin ehtimala görə evin dam örtüyündə qısa qapanmanma yanğına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi