Saatlıda iki mərtəbəli ev yanıb
Hadisə
- 18 dekabr, 2021
- 05:28
Saatlı rayonunda yanğın olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.
Kənd sakini Abıyev Çingiz Ərzulla oğluna məxsus ümumi sahəsi 187 kvadratmetr olan ikimərtəbəli yaşayış evi yanıb.
Yanğın evin dam örtüyündə başlayıb, daha sonra ikinci mərtəbəyə keçib. Ev içindəki əşyalarla birlikdə yanaraq tam yararsız hala düşüb.
Alov Ç.Abıyevin qardaşı Cavid Abıyevin də yaşadığı hissəyə keçib.
Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. İlkin ehtimala görə evin dam örtüyündə qısa qapanmanma yanğına səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:34
Azərbaycan SECURE təşəbbüsünün daha geniş beynəlxalq miqyasda dəstəklənməsinə çağırış edib
Mədəniyyət siyasəti15:29
Xidmət rəisi: Ermənilərin Xudavəng monastırında qanunsuz bərpa işlərinin məqsədi tarixi saxtalaşdırmaq olub
Xarici siyasət15:29
"Fulhem"in futbolçuları baş məşqçi Alvaro Arbeloanın işindən narazıdırlar
Futbol15:25
Almaniya hakimiyyəti 150 rusiyalı diplomatı və onların ailə üzvlərini ölkədən çıxarır
Digər ölkələr15:24
Foto
Maliyyə Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdırılıb
Maliyyə15:13
Səbinə Hacıyeva: Ermənilər işğalın ilk illərində Azıx mağarasından silah anbarı kimi istifadə edib
Mədəniyyət siyasəti15:11
Səbinə Hacıyeva: İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
Mədəniyyət siyasəti15:11
Çində yük gəmisində baş verən yanğında azı 20 nəfər ölüb
Digər ölkələr15:10