Saatlıda avtomobil dərəyə aşdı, xəsarət alan var

Saatlıda avtomobil dərəyə aşdı, xəsarət alan var Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 İyul , 2021 07:17
Saatlıda avtomobil dərəyə aşdı, xəsarət alan var

Saatlı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı 1984-cü il təvəllüdlü Məmmədov Vüsal Əbülfəz oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi