Saatlıda ağır yol qəzası nəticəsində 4 nəfər yaralanıb - YENİLƏNİB

Saatlıda ağır yol qəzası nəticəsində 4 nəfər yaralanıb - YENİLƏNİB Saatlı. 30 dekabr. REPORT.AZ/ Saatlı rayonun baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
30 Dekabr , 2018 22:34
Saatlıda ağır yol qəzası nəticəsində 4 nəfər yaralanıb - YENİLƏNİB
Foto: "Report"

Saatlı. 30 dekabr. REPORT.AZ/ Saatlı rayonun baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Mollaəvəzli kənd sakini, 1979-cu il təvəllüdlü Həsənov Nəsimi Şükür oğlu idarə etdiyi “Hundai” markalı avtomobil ilə hərəkətdə olarkən “Mercedes” markalı maşınla toqquşub. Nəticədə “Hundai”ın sürücüsü, eləcə də Beyləqan rayonunun Aşağı Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Ağayev Elman Əliağa oğlu, Füzuli rayonunun Balabəhmənli kənd sakinləri - 1988-ci il təvəllüdlü Məmmədov Anar Bağalı oğlu və 1996-cı il təvəllüdlü Zöhrablı Sənan Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Həsənovun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Onun Saatlı Rayon Mərkəzi Xəstəxanasında həkim – nevropatoloq işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 21:19

Saatlı. 30 dekabr. REPORT.AZ/ Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Mollaəvəzli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hundai” markalı avtomobil ilə hərəkətdə olarkən “Mercedes” markalı maşınla toqquşub. Nəticədə bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralılar təcili tibbi yardım maşınları ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

Son xəbərlər

Orphus sistemi