“Rustavi 2”nin keçmiş baş direktoruna qarşı ittiham ağırlaşdırılıb

“Rustavi 2”nin keçmiş baş direktoruna qarşı ittiham ağırlaşdırılıb Gürcüstanın “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramiaya qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Hadisə
6 Sentyabr , 2019 14:45
“Rustavi 2”nin keçmiş baş direktoruna qarşı ittiham ağırlaşdırılıb

Gürcüstanın “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramiaya qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğundan bildirilib.

Yeni qətnamayə əsasən, N.Qvaramia vəzifə səlahiyyətlərindən istifadə etməklə bir qrup şəxslə “Rustavi 2”nin əmlak hüquqlarını mənimsəməkdə, həmçinin, ciddi zərərə səbəb olan saxta sənədlərin hazırlanması və istifadəsində ittiham olunur.

Qeyd edək ki, N.Qvaramiaya qarşı ilkin ittiham bu ilin avqustun 9-da irəli sürülüb. O zaman o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə ittiham olunub.

“Rustavi 2”nin keçmiş baş direktorunun günahı sübuta yetirilərsə, onu cərimə, iki il müddətinə islahedici iş, 6 aydan 2 ilədək ev dustaqlığı və ya 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi