Rusiyada təyyarə qəzasında həlak olan azərbaycanlı iş adamı Yevlaxda dəfn olunub

Rusiyada təyyarə qəzasında həlak olan azərbaycanlı iş adamı Yevlaxda dəfn olunub Yevlax. 11 aprel. REPORT.AZ/ Bu il fevral ayının 11-də Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlının meyiti Azərbaycana gətirilib.
Hadisə
11 Aprel , 2018 12:50
Rusiyada təyyarə qəzasında həlak olan azərbaycanlı iş adamı Yevlaxda dəfn olunub

Yevlax. 11 aprel. REPORT.AZ/ Bu il fevral ayının 11-də Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlının meyiti Azərbaycana gətirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, aprelin 7-də axşam saatlarında qardaşı tərəfindən təyyarə ilə Azərbaycana gətirilən iş adamı Namiq Qəhrəmanovun nəşi ata yurdu olan Yevlax rayonunun Aşağı Qarxunlu kənd qəbiristanlığında dəfn olunub.

N.Qəhrəmanovun qardaşı Mübariz Qəhrəmanovun verdiyi məlumata görə, meyitin gətirilməsi zamanı həm Rusiya tərəfindən, həm də Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən lazımı kömək göstərilib.

Qeyd edək ki, fevralın 11-də saat 14:21 radələrində Moskvanın "Domodedova" hava limanından Orska uçan təyyarə Ramensk rayonunun Stepanovsk kəndi ərazisində qəzaya uğrayıb, qəza nəticəsində 71 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi