Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqq
Hadisə
10 Fevral , 2022 17:01
Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib

Rusiyada həbs edilən azərbaycanlı ekstradisiya edilib.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Azərbaycan vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.

Belə ki, Şəmkir Rayon Polis Şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 23.04.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdu.

R.Mustafayev 24.08.2021-ci il tarixdə Rusiyada müəyyən edilərək saxlanılıb. Ötən gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə R.Mustafayev Rusiyadan Azərbaycana gətirilib.

Son xəbərlər

Orphus sistemi