Yuxarı
    Bağlamaq

    Rusiyada federal axtarışda olan Azərbaycan vətəndaşı tutulub - FOTO

    O, külli miqdarda narkotik maddələrin satışında iştirak edib

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiyanın Murmansk vilayətində federal axtarışda olan 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Fəttayev Seymur Mirno oğlu saxlanılıb.

    "Report" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bürosunun mətbuat xidməti məlumat yayıb.

    Seymur Fəttayev federal axtarışa 2013-cü ildə verilib. O, Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.

    İstintaqın fərziyyəsinə görə, Azərbaycan vətəndaşı mütəşəkkil cinayətkar qrupun tərkibində xüsusi iri həcmdə narkotik maddənin - 3,475 kq. heroinin satışında iştirak edib.

    Murmansk şəhəri Oktyabrsk rayon məhkəməsinin qərarı ilə Seymur Fəttayev barəsində həbs qətimkan tədbiri seçilib. Yaxın vaxtlarda onun cinayət işi çərçivəsində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi üçün Çita şəhərinə göndəriləcəyi gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi