Rusiyada delfinariya yanıb

Rusiyada delfinariya yanıb Bu gün səhər Rusiyanın Sevastopol şəhərindəki delfinariyada yanğın olub, yanğın damın bir hissəsini və yaxındakı suvenir dükanlarını məhv edib.
Hadisə
25 May , 2019 13:07
Rusiyada delfinariya yanıb

Bu gün səhər Rusiyanın Sevastopol şəhərindəki delfinariyada yanğın olub, yanğın damın bir hissəsini və yaxındakı suvenir dükanlarını məhv edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, həmçinin delfinariyanın infrastrukturunun bir hissəsi də yanıb.

Heyvanlar xəsarət almayıb. Hadisə zamanı onlar suda, yanğın ocağından 10 metr aralıda olublar.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, artıq yanğın söndürülüb.

Hadisə yerində müstəntiqlər işləyirlər.

Son xəbərlər

Orphus sistemi