Yuxarı

​Rusiyada azərbaycanlılar arasında bıçaqlaşma olub, 3 nəfər yaralanıb

Qanlı insident Zelenoqradda baş verib

Bakı. 13 aprel. REPORT.AZ/ Zelenoqradda yerləşən kafelərdən biri yaxınlığında baş verən dava zamanı üç nəfər bıçaq xəsarəti alıb.

"Report" xəbər verir ki, "İnterfaks"ın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, həm vuranlar, həm də zərərçəkənlər azərbaycanlılar olub.

"Bazar günü səhər saatlarında tikinti şirkətlərindən birində işləyən üç fəhlə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib", - deyə Moskva polisinin mətbuat xidmətinin əməkdaşı bildirib.

Polis müəyyən edib ki, hər üç nəfər Zelenoqradda yerləşən kafelərdən birinin yaxınlığında aşkar ediliblər.

Zərərçəkənlər polisə onlara hücumda şübhəli bilinən şəxslərin adlarını açıqlayıblar. Hazırda axtarış gedir. Sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı üzrə cinayət işi açılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi