Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub

Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub.
Hadisə
29 Fevral , 2024 23:38
Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub

Rusiyada azərbaycanlı kişi və həyat yoldaşı yol qəzasında həlak olub.

"Report"un Muğan bürosunun məlumatına görə, əslən İmişli rayonunun Xələfli kəndindən olan 1990-cı il təvəllüdlü Hacıyev Feyzulla Hacı oğlu və onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü Muradova Nəcibə Murad qızı Rusiyanın Ulyanov əyalətinin Dmitrovqrad rayonunda yol qəzasına düşüb.

Məlumata görə, hadisəyə səbəb Feyzulla Hacıyevin idarə etdiyi "Lada Largus" markalı avtomobilin idarəetmədən çıxması olub. Belə ki, qarşı zolağa çıxan "Lada Largus" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı yük avtomobili ilə toqquşub.

Onların nəşinin Azərbaycana göndərilərək dəfn ediləcəyi bildirilir.


Son xəbərlər

Orphus sistemi