Rusiyada axtarışda olan iki nəfər Şəkidə tutulub

Rusiyada axtarışda olan iki nəfər Şəkidə tutulub Onlardan biri zorlamaya görə axtarışda olub
Hadisə
22 Noyabr , 2016 11:29
Rusiyada axtarışda olan iki nəfər Şəkidə tutulub

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyada axtarışda olan iki nəfər Şəkidə tutulub.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəcməddin İsayev, 131-ci maddəsi (zorlama) ilə axtarışda olan Cabir Yusifalıyev tutulub.

Son xəbərlər

Orphus sistemi