Yuxarı
    Bağlamaq

    Rusiya Azərbaycandan gedən yük maşınlarının keçid prosedurlarını sürətləndirib

    Hazırda 150 yük maşını Rusiya tərəfinə keçmək üçün növbə gözləyir

    Qusar. 11 noyabr. REPORT.AZ/ Rusiya tərəfi Azərbaycandan gedən yük maşınlarının keçid prosedurlarını sürətləndirib. 

    Bunu "Report"un Şimal bürosunun müxbirinə Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsinin rəis müavini Cavid Nadirov bildirib.

    Onun sözlərinə görə, Azərbaycan və Rusiya gömrükçülərinin görüşündən sonra buraxılış məntəqəsində tıxac qismən də olsa azalıb: "Görüş zamanı Rusiya gömrükçüləri ilə aparılan danışıqlardan sonra müsbət nəticə əldə olunub. İndi 50 yük maşını Rusiya tərəfinə keçib. Hazırda Azərbaycanda meyvə-tərəvəz mövsümüdür. Buna görə də sıxlığın yaranması təbii haldır. Azərbaycandan Rusiyaya gedən yük maşınlarının keçid prosedurlarının sürətləndirilməsi ilə bağlı ləngimələr aradan qaldırılıb. Hazırda 150 yük maşını Rusiya tərəfinə keçmək üçün növbə gözləyir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi